07 noyabr 2019 15:08
102

Ermənistanın məhvi planı işə düşüb?

“Vaxtilə SSRİ-də gedən dağıdıcı proseslər bu gün Ermənistanda gedir”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, “Milli təhlükəsizlik partiyasının” rəhbəri Qarnik İsaqulyan deyib.

Onun sözlərinə görə, SSRİ-də dağıdıcı proseslər başlayanda heç kim buna inanmırdı: “Lakin Qarabağda hadisələr başlandı və Ermənistandakı “Qarabağ” komitəsinin bəzi üzvlərinin davranışı diqqət çəkdi. Onlardan biri həbsxanadan çıxan kimi müalicə adı altında Fransaya uçdu, lakin çox gec qayıtdı. Bu Levon Ter-Petrosyan idi. Onun proseslərə nə vaxt qoşulduğunu, kim tərəfindən edildiyini bilmirəm. Daha sonra Qarabağ münaqişəsi ətrafında proseslər son nöqtəyə çatdığı ərəfədə Robert Koçaryan, Vazqen Sarkisyan və Serj Sarkisyan bildirdilər ki, “bu insanı istirahətə göndərmək lazımdır”. Lakin Petrosyanı təcrid etmək səhv idi. Onda bəziləri təkid edirdi ki, onun partiyasının fəaliyyətinə siyasi qiymət vermək lazımdır, Koçaryan təəssüf ki, buna getmədi. Bu tarixi proseslər fonunda 2018-ci ilin aprelində baş verən inqilab şübhələrə yol açır. Mən inanmaq istəyərdim ki, bu çevriliş hansısa layihə yox, xalqın istəyi ilə olub. Lakin hər keçən gün inanmağa başlayıram ki, bu layihə hələ 1998-ci ildən işlənməyə başlayıb. İndi hakimiyyətdə olan insanların fəaliyyətinə, onların ölkəyə hansı yollarla qayıtdığına baxdıqdan buna əminlik artır. Mən demirəm ki, 1998-ci ildəki çevrilişdə Qərb pulu işləyirdi, yaxud Soros var idi. Lakin hansı ölkənin xüsusi xidmət orqanlarının işlədiyi mənə anlaşılmazdır. İndi də dağılma davam edir. 2008-ci ilin 1 martında bu alınması, 10 il sonra 2018-ci ilin aprelində nail oldular”.