26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə hər il təşkil edilən "Əsgərə Xatirə Kitabı" bu il videogörüş fotmatında keçirilib.
“İki sahil” xəbər verir ki, Bakı şəhəri 2 saylı texniki hümanitar elmlər liseyinin direktor müavini, təhsil eksperti Nuranə Şixəliyevanın lahiyə rəhbəri olduğu Bakı ilə cəbhə xətti arasında təşkil edilmiş canlı videogörüşdə Milli Məclisin deputatları - Arzu Nağıyev, Cəbi Quliyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin sədri Mehdi Mehdiyev, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın və "Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyin sədri Nurəddin Mehdiyev, N saylı hərbi hissə komandirinin müavini polkovnik Elşad Əbilov, gənc sahibkar, ictimai fəal Vüsal Nərimanov, şəhid atası Ələkbər Huseynov, hərbi qulluqçu Üzeyir Nəcəfov, layihə rəhbəri Nuranə Şixəliyeva və digərləri iştirak ediblər.
N.Şixəliyeva görüş iştirakçılarını və xalqımızı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci il dönümü münasibəti ilə təbrik edərək, Vətənin müdafiəsində dayanan əsgər və zabitlərə xoş arzularını çatdırıb.
Çıxış edən digər iştirakçılar ordumuza hər zaman mənəvi dəstəyin, qazilərimizə həyat eşqi aşılamağın, Vətən üçün qəhrəman oğullar böyütmüş şəhid analarının yanında olmağın vacibliyindən danışıblar.
Sonda Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov videogörüş iştirakçılarını Fəxri Diplomla təltif edib.
"Əsgərə Xatirə Kitabı" layihəsinin komandası adından şəhid ailələrinə və qazilərə bayram sovqatı, həmçinin hərbi qulluqçulara təşəkkür plaketləri təqdim edilib.