11 yanvar 2020 10:23
422

Estoniya və Litva İraqdakı hərbçilərini Küveytə köçürüb

Estoniya və Litvanın İraqda xidmət edən hərbçiləri hücuma məruz qalmış bazadan Küveytə köçürülüblər.

Bu iki ölkənin hərbçilərini İraqdan çıxarmasına səbəb son günlər bölgədə vəziyyətin gərginləşməsi və onların yerləşdikləri bazaya hücumdur.

Qeyd edək ki, vaxtilə Litva hərbçiləri Danimarka kontingentinin tərkibində İraqın “Əl-Əsəd” bazasında İŞİD-lə döyüşən yerli qüvvələrə təlim keçiblər. //AZƏRTAC