Azərbaycanda 2013-cü ildən etibarən reallaşdırılan beynəlxalq “eTwinning Plus” layihəsinin əhatə dairəsi genişləndirilir. "İki sahil" xəbər verir ki, hazırda layihənin təhsil işçilərindən ibarət 2000-dən çox iştirakçısı var. Onlardan 1054 nəfəri 2019-cu ildə layihəyə qoşulub.
Layihə çərçivəsində bugünədək 551 ümumtəhsil məktəbi üzrə 2066 müəllimin iştirakı ilə 1949 təhsil layihəsi həyata keçirilib. 2019-cu ildə yaradılan 916 layihədən 124-ü ölkə daxilində, 792-si isə avropalı həmkarlarla ortaq işlənilir. Həyata keçirilən layihələr sırasında 131-i 2019-cu ildə olmaqla, ümumilikdə 255 layihə “Avropa Keyfiyyət Nişanı”na layiq görülüb.
Ölkə üzrə artıq 9 məktəb beynəlxalq “eTwinning Məktəbi” mükafatı qazanıb və daha 7 məktəb isə cari ildə keçiriləcək müsabiqədə nominant olaraq iştirak edəcəklər.
Layihədə iştirak edən təhsil işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 2019-cu ildə Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslara ölkəmizdən 19 müəllim və 2 direktor qatılıb. Layihə çərçivəsində 60 nəfər yerli və xarici müəllimin iştirakı ilə Bakı və Lənkəranda konfranslar təşkil edilib.
Qeyd edək ki, “Erasmus+” proqramı çərçivəsində reallaşan “Fasiləsiz Təhsil Proqramı”nın tərkib hissəsi olan “eTwinning” layihəsi təhsil sistemi üçün innovativ tədris metodları, fənlərin inteqrativ tədrisi, şəxsi inkişaf, İKT-nin təhsilə tətbiqi, effektiv idarəetmə baxımından geniş imkanlar yaradır.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb