14 yanvar 2020 11:19
129

Everestdə bitki örtüyünün sahəsi artır

Himalay dağlarında, xüsusilə də Everest zirvəsində bitki örtüyünün sahəsi artmaqdadır.

Bir qrup alim 1993-cü ildən 2018-ci ilədək olan peyk görüntülərinin təhlili nəticəsində bu qənaətə gəlib.

Qeyd olunur ki, Everestdə 4150 metrdən 6 min metrədək hündürlükdə ot və kolların sayı çoxalıb. Ən çox dəyişiklik 5000-5500 metr hündürlükdə qeydə alınıb.

Müşahidələr onu da göstərib ki, 2000-2016-cı illərdə Himalayda buzların əriməsinin sürəti iki dəfə güclənib. Dağlarda soyuq sahələrin azalması bitkilərin yetişməsinə münbit şərait yaradır.

Hələlik Himalayda bitki örtüyünün çoxalmasının regionun su balansına necə təsir göstərəcəyi məlum deyil. Himalay dağlarının subnival zonaları Asiyada 10 ən iri çayı qidalandırır. //Trend