* Evliliyin 1-ci ili çit toy adlanır.
*Evliliyin 2-ci ili dəri toy adlanır.Geyimdə dəri əksini tapmalıdır.
*Evliliyin 3-cü ili buğda toy adlanır.Buğdayı rəngli libaslar geymək,masanın üzərinə buğda çələngi qoymaq lazımdır.
*Evliliyin 4-cü ili mum toy adlanır.Masa üzərinə yanan şamlar qoymaq lazımdır.
*Evliliyin 5-ci ili taxta toy adlanır.Taxta hədiyyə vermək lazımdır.
*Evliliyin 6-cı ili sərv ağacı toyu adlanır.Otaq dibçəyində balaca ağac bağışlamaq olar.
*Evliliyin 7-ci ili yun toyu adlanır.Yun geyim bağışlamaq olar.
*Evliliyin 8-ci ili lalə toy adlanır.Məhəbbətin al-əlvan olmasının rəmzidir.
*Evliliyin 9-cu ili saxsı toy adlanır.Bir-birinə qab qacaq hədiyyə etmək olar.*Evliliyin 10-cu ili qalay toy adlanır.Metaldan hazırlanmış qab hədiyyə etmək lazımdır.
*Evliliyin 11-ci ili koral toy adlanır.Koraldan düzəldilmiş muncuq hədiyyə etmək lazımdır.
*Evliliyin 12-ci ili ipək toy adlanır.Bu vaxt ərzində bir yerdəsinizsə demək münasibətləriniz ipək kimidir.
*Evliliyin 13-cü ili inciçiçəyi toy adlanır.Məhəbbətiniz kimi incə və zərif hədiyyə vermək olar.
*Evliliyin 14-cü ili qurğuşun toy adlanır.İldən-ilə əlaqələriniz bu metal kimi möhkəmlənir.
*Evliliyin 15-ci ili şüşə toy adlanır.Bu ildönümü şüşənin təmizliyinə bərabər götürülür.Bir-birinizə şüşə əşya verin.
*Evliliyin 16-cı ili sapfir toy adlanır.Bu vaxt sapfirlə işlənmiş bəzək əşyası vermək olar.
*Evliliyin 17-ci ili qızılgül toy adlanır.Ər arvadına qızılgül dəstəsi verməlidir.
*Evliliyin 18-ci ili firuzə toy adlanır.Bu ildönümünə firuzəli zinət əşyası verilir.
*Evliliyin 20-ci ili çini toy adlanır.20 illik birgə həyat münasibətilə yeni çini qab dəsti hədiyyə verilir.
*Evliliyin 25-ci ili gümüş toy adlanır.Gümüş hədiyyə verilir.
*Evliliyin 30-cu ili mirvari toy adlanır.Təbii mirvari hədiyyə edilir.
*Evliliyin 40-cı ili zümrüd toy adlanır.Ər arvadına zümrüd qaşlı üzük hədiyyə verir.
*Evliliyin 50-ci ili qızıl toy adlanır.
*Evliliyin 60-cı ili brilyant toy adlanır.Bu illər ərzində ər-arad taleyin burulğanına dözüblər.
*Evliliyin 65-ci ili dəmir toy adlanır.Münasibətlər bu metal kimi möhkəmdir.
*Evliliyin 70-ci ili platin toy adlanır.
*Evliliyin 75-ci ili tac toy adlanır.Siz əgər bu qədər bir yerdə yaşamısınızsa onda birgə həyatınızın kral və kraliçasınız.
*Evliliyin 80-ci ili palıd toy adlanır.Sizin ailə həyatınız bu ağac kimi möhkəmdir.
P.S Bəs sizin evliliyiniz bunlardan hansıdır?
Yaqut Ağaşahqızı, "İki sahil"