03 avqust 2020 11:16
1388

Faktiki hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin avqustun 3-ü səhərədək olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

Xidmətdən bildiriblər ki, düşən yağıntının miqdarı Zaqatalada 36, Şəki, Sarıbaşda (Qax) 33, Kişçayda (Şəki) 32, Tərtər, Qəbələdə 24, Oğuzda 23, İsmayıllıda 20, Mingəçevirdə 19, Şahdağda 18, Ağdamda 14, Balakəndə 10, Göyçay, Qusarda 12, Daşkəsən, Gədəbəy, Lerikdə 7, Qrız, Tovuzda 6, Quba, Naftalanda 5, Şahbuz, Mərəzə, Bərdə, Astarada 4, Ağdərə, Göygöl, Gəncə, Xaltan, Zərdabda 3 mm, Ağstafa, Altıağac, Şamaxı, Ceyrançöl, Lənkəran, Kürdəmir, Beyləqanda 2, Sumqayıt, Bakı, Naxçıvan, Sədərək, Şəmkir, Sabirabad, Yardımlı, Şabranda 1 millimetr olub.

Leysan xarakterli yağış nəticəsində avqustun 3-ü saat 00:15 radələrində Kürmükçay İlisu, 02:30 radələrində isə Girdimançay Qaranohur məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi əsib, arabir Şərurda 20, Bakıda və Abşeron yarımadasında: Qum adasında 18 , Pirallahıda 16, Neft Daşlarında 15 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrə çatıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 20-22, Naxçıvan Muxtar Respublikasında 34-39 dərəcə isti olub.