Türkiyənin Samsun şəhərinin Çarşamba bölgəsində Çay məhəlləsindəki “Göğceli” qəbiristanlığında bəzi məzarların başdaşlarının istiqamətinin bir-birindən fərqli olması görənləri təəccüblandirir.
“İki sahil” xəbər verir ki, 350 illik tarixi olan “Göğceli” qəbiristanlığındakı bir çox qəbir fərqli istiqamətlərə baxır. Bəzi məzarların istiqaməti düzənliklərdə qibləyə tərəf baxsa da, digərlərinin istiqamətində müəyyən qədər fərqlilik müşahidə edilir.
Qəbirlərin bəzi istiqamətlərinin fərqli olduğunu görənlər, türk filmlərinin unudulmaz klassiklərindən olan və Şener Şen və Kamal Sunalın paylaşdığı “Davaro” filmindəki bir səhnəni xatırladığını söyləyirlər.
Bölgədəki din xadimləri məzarların 45 faiz fərqliyi dinə görə səhf olmadığını bildirirlər.
Vətəndaşları narahat edən qəbiristanlıqldakı məzarların fərqliliyindən danışan “Göğçeli” Məscidinin imamə Əhməd Özköse “Qiblədə heç bir dini çatışmazlığı olmayan yüzdə 40-45 nisbətində bir fərqlilik ola bilər. Ümumiyyətlə, qəbirlərin hamısı qibləyə üz tutur ,” dedi.
Bəzən vətəndaşlar “Qiblə səhvdir?” deyə müəmmalı olduqlarını izah edən Çay məhəlləsinin muxtarı Kadir Yanak bildirib ki, bu məsələ ilə bağlı din xadimlərindən və müftilərdən lazımi məlumat alınıb: “Din xadimlərimiz 45 faizə qədər dəyişə biləcəyini ifadə ediblər. Buna görə biz rahatıq.”