29 iyun 2020 14:12
891

FHN: Ceyranbatandakı yanğın söndürülüb

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində yanğın baş verib. “İki sahil” FHN-ə istinadən xəbər verir ki Nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.

Baş vermiş yanğın FHN-nin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.