10 yanvar 2020 19:56
1887

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran şəhərindəki hərbi hissəsində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı kinoloji qrup tərəfindən xüsusi təlim keçmiş itlərin vasitəsilə zərərçəkmişlərin (cəsədlərin, partlayıcı maddələrin qoxu ilə) axtarışı ilə bağlı məşğələ keçirilib.

FHN-dən bildiriblər ki, məşğələ Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin strukturuna daxil olan bölmələr arasında qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinə nail olmaq məqsədilə təşkil olunub.

Məşğələdə Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları tərəfindən yerli şəraitdən asılı olaraq xüsusi təlim görmüş itlərlə dağlarda, bataqlıqlarda, qar uçqunlarında, subasmalarda, fövqəladə halların nəticələrinin aradan qaldırılması, həmçinin uçqun zamanı zərərçəkmişlərin, cəsədlərin, partlayıcı maddələrin axtarışı üzrə tapşırıqların qoyulması, yerinə yetirilməsinə hazırlıq, axtarış-xilasetmə işlərinin yerinə yetirilmə ərazisinə hərəkət əyani şəkildə nümayiş etdirilib.