Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi yaxınlığında yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
İlkin məlumata əsasən, yol kənarında açıq ərazidə quru ot və qarışıq tullantılar (sayğac, plastik borular) təqribən 200 m² sahədə yanıb.
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür