25 sentyabr 2020 11:12
678

FIFA TTFA-nın fəaliyyətini dayandırdı

FIFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) fəaliyyətini müvəqqəti dayandırıb. 

"İki sahil" "Report"a istinadən xəbər verir ki, buna TTFA-nın ali futbol qurumunun nizamnaməsini pozması səbəb olub.

FIFA Şurası əvvəllər assosiasiyanın işini normallaşdırmaq üçün komitə yaradıb, lakin qarşı tərəf yerli məhkəməyə şikayət etmək qərarına gəlib. Bu isə FIFA-nın qaydalarına ziddir.

Qadağa bütün pozuntular aradan qaldırıldıqdan sonra və FIFA üzvü kimi öhdəliklər tam yerinə yetirildikdə götürüləcək.