09 yanvar 2020 09:34
540

Finalda “Real Madrid”in rəqibi kim olacaq?

“Real Madrid” klubu “Valensiya”nı 3:1 hesabı ilə məğlub edərək İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb.

"İki sahil" xəbər verir ki, oyun Səudiyyə Ərəbistanın Ciddə şəhərində, “Kinq Abdullah Sports City” stadionunda keçirilib. “Real Madrid” komandasından qolları Toni Kros (15-ci dəqiqə), İsko (39-cu dəqiqə) və Luka Modriç (65-ci dəqiqə) “Valensiya”dan isə yeganə qolu Daniel Parexo (90-cı dəqiqə) vurublar.

Finalda “Real Madrid”, yanvarın 9-da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq “Barselona” - “Atletiko” matçının qalibi ilə görüşəcək.

Xatırladaq ki, turnirin final görüşü yanvarın 12-də keçırıləcək.