05 noyabr 2019 19:22
111

“Gözəllik iksirləri” orqanizmdə hansı fəsadlara yol açır?

Dövrümüzdə yetərincə kosmetik məhsullar var, özü də çeşid-çeşid: gecə, gündüz kremləri, ətirlər, pudralar, pomadalar, tuşlar, saç boyaları, gellər, nələr, nələr... Çox vaxt “təki gözəl görünüm” deyə bu məhsullardan sağlamlığımıza zərbə vuraraq, necə gəldi, düşünmədən istifadə edirik. Bəs bu “gözəllik iksirləri” orqanizmdə hansı fəsadlara yol açır?

Başlıcası bədəndən atılmalı olan zəhərli maddələrin qaraciyərdə, böyrəkdə, yağ təbəqəsində yığılmasına səbəb olur, xərçəng, astma, allergiya, ürək-damar kimi  xəstəliklər törədir. Zəhərli maddələr orqanizmə pomada, cürbəcür krem, pudra və s. vasitəsilə daxil olur. Dəri bədənin həssas orqanlarındandır. Ağız yolu ilə qəbul edilən maddələrin, bəlkə də, bir qismi xaric ola bilir, lakin dəri vasitəsilə alınanlar birbaşa qana keçir.

Bugünkü reallıq ondan ibarətdir ki, şampunlardan, dezodorant və antiperspirantlardan daha çox istifadə etmək məcburiyyətindəyik. Bu məhsullardakı zərərli kimyəvi maddələr tər vəzilərilə qana keçir.Yaxşı olar ki, qidalar qədər əhəmiyyətli hesab edilən kosmetik məhsulların təbiisindən, yəni saç boyası əvəzinə, xınadan, gözləri gözəl göstərən, həm də müalicəvi təsirə malik olan sürmədən, xoş qoxuya, rəngə görə bitkilərdən əldə edilmiş məhsullardan istifadə edəsiniz.

Röya Rasimqızı, “İki sahil”