09 fevral 2020 19:57
1006

Gürcüstanlı müşahidəçi: Azərbaycanda seçkilər sakit şəraitdə keçib

Bunu Trend-ə Gürcüstandan olan müşahidəçi Eka Qulua deyib.

O bildirib ki, səhər saat 8-dən başlayaraq 7-8 seçki məntəqəsində olub: “Xalq sakit səs verdi, hamı məmnun idi. Hər kəs deyir ki, hökumətdən məmnundur”.

Onun sözlərinə görə, heç vaxt bu qədər demokratik seçkiqabağı mühit görməyib.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.