13 dekabr 2023 10:24
232

Hacıqabulda qəza zamanı sürücü ölüb

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Elçin Məmmədov 18-BJ-377 dövlət nömrə nişanlı VAZ-21015 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirən maşın yoldan çıxıb. Kəllə-beyin travması alan sürücü Şirvan xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.