15 yanvar 2020 13:53
1145

Hər gün alışqan almamaq üçün çarə tapıb - FOTO

Türkiyənin Osmaniyə şəhərinin Kadirli rayonunda hər gün alışqanını itirən adam son aldığı alışqanını kilidli zəncirlə bağlamaqla çarə tapdı.

“İki sahil” xəbər verir ki, Andırın prospekti kənarında ticarətlə məşğul olan Hayrullah Kaya hər gün alışqanının ya itirir, ya da verdiyi şəxsdə unutdurduğundan ağlına maraqlı bir fikir gəlib. Alışqanını telin köməyi ilə bir zəncirə bağlayan kişi, zəncirin digər tərəfini şalvarının kəmər hissəsinə kilidlə bağladı. Alışqan istəyənlərin çaşqın baxışları arasında zəncirlənmiş alışqanı cibindən götürən Hayrullah Kaya artıq çaxmağını itirmir.

İtirdiyi alışqanların əvəzinə yenisini almaq üçün ayda 50 lirə və ildə təqribən 600 lirə xərclədiyini bildirən Kaya pulunun cibində qaldığını söyləib. Kilidli zəncir üsulunu tapmadan demək olar ki, hər gün alışqan aldığını bildirən Hayrullah Kaya "Bu üsul ağlıma gələnə kimi hər gün kimsə gəlir və “mənə alışqanınızı verə bilərsinizmi?" deyirdi, verirdim və unudurdum. Gündəlik 2 lirə pul gedirdi, bu da ayda 50-60 lirə edirdi. Ən yaxşısını açarla şalvarıma bağlayaraq istifadə edirəm. Açarım var, evdə açıram, çıxarıram. Səhər yenidən taxıram. Alışqanın qaz tükənəndə özüm doldururam. Alışqanımı oğurlamaq üçün şalvarlarımı çıxartmalıdırlar ," dedi.

Hayrullah Kayanın bərbər bərbər yoldaşı Mehmet İşçan "Bu Hayrullah beyin sistemini bəyənirəm. Bundan sonra alışqanını itirməyəcək.