31 iyul 2020 17:19
325

Hər kəs virusla yaşamağı öyrənməlidir

Koronavirusla əlaqədar mart ayının əvvəllərindən etibarən mərhələli şəkildə karantin rejiminin tətbiqinə başlanıldı. Lakin yumşaldılmadan sonra yoluxma sayı sürətlə artmağa başladı.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, son zamanlarda yenidən stabilləşmə müşahidə edirik, bu da qadağaların işə yaradığını göstərir: "Bundan sonra nə olacaq? Bundan sonra bütün düyna, dövlətlər yeni bir xəstəliklə qarşı-qarşıyadır. Yumşaldılmalardan sonra əgər yoluxmalar artmazsa, dövlətlər də yumşaldılmalara davam edə bilərlər. Bütün bunlarla bərabər, hər kəs bir daha diqqətli olmalı, virusla yaşamağı öyrənməli, onunla mübarizəni vərdiş halına çevirməlidir".