04 avqust 2020 14:01
1752

Hitlerçi erməni nasizmi və terrorun qaranlıq tərəfləri

Terror tarix fəlsəfəsinin müxtəlif təriflər verdiyi və psixoloji amillə də çox sıx bağlı olan anlayışdır. Terrorun dünyada təşviq edilməsi sosial-iqtisadi amillərlə daha sıx bağlıdır, nəinki sırf siyasətlə. Bu baxımdan terrorizmin maliyyələşdirilməsi böyük güclərin təkcə istismarçı planlarını deyil, həm də iqtisadi qəsb istəklərini də realizə edir.

Terrorun tərəflərini psixoanalitika dəqiq ayırır: terroru təşviq edən cinayətkarlığın zirvəsidir, terrora məruz qalan siyasi hərc-mərcliyin məsum qurbanı, terrorda istifadə edilən, yəni, vint rolunu oynayan isə bu çirkabın ən dib nöqtəsində yer alır.

Siyasət fəlsəfəsi terroru həm də oyun nəzəriyyəsi ilə izah edir.

Postmodernist filosof Fuko və s. fikir adamları iddia edirlər ki, dünyadakı ən təhlükəli ideoloji fikirlər də məhz yüksək idarəetmə kreslolarından törəyib. Lakin Freydin də dediyi kimi, toplumun şüuru hər şeyi etməyə qadirdir. Yəni, biz Afrikanın hansısa uzaq cəngəlliklərindəki sivilizasiyadan kənar toplumlardakı bir çox qəbilələrdəki “yamyamlıq”(insan yemək) ənənələrini belə dəyişdirməyi müzakirə edərkən sivilizasiyanın içində yaşayıb vəhşi davranışlar nümayiş etdirənlərin mənəvi dünyasını çoxdan təhlil etməliydik.

Terror qorxu və şiddət vasitəsilə cəmiyyətə və dövlətə təzyiqlər yaratmaq və bununla da siyasi məqsədə çatmaq üsuludur.  Terrorizm sonu “izm”-lə bitən digər anlayışlardan fərqli olaraq hansısa bir ideologiya forması deyil. 

20-ci əsrin bütün dövrlərində Azərbaycan və Türkiyəyə qarşı sistematik şəkildə terror fəaliyyəti həyata keçirən Ermənistanda hazırkı baş nazir Paşinyanın babasının alman nasistləri ilə vuruşmağı ilə qürur duymağı və terrorçuları cəmiyyətə ictimai ideal kimi təqdim etməyi də boşuna deyildi. Əsrlərdir terrorizm Ermənistan təhsil sistemində əsas tədris vasitələrindən biridir və erməni milliyətçiliyinin genetik xüsusiyyatı da burdan formalaşır.

1933-cü ilə qədər erməniləri alt irq hesab edən nasistlər daha sonra onların xəyanət psixologiyasından məharətlə istifadə etməyə başladı. Çünki 20-ci əsrin 40-cı illərinə qədər ermənilərin Qafqazda və Anadoluda etdiyi xəyanətlər və xarici qəsbkarlarla əlbir olmağı nasistlərin xüsusi diqqətini çəkirdi. Nəticədə 1940-cı ildən sonra sayı 100 mindən çox olan erməni nasist legionları formalaşdırıldı.

Nasistlər və ermənilər (daşnaklar) arasındakı əməkdaşlığın ideoloji əsası 1930-cu illərdə qoyulmağa başlandı. Əvvəla, Goebbels 1933-cü ildə erməniləri “Aryan” olaraq təyin etdi. Almanların İşğalçı Şərq bölgələrinin naziri Alfred Rosenberg 1926-1936 illəri arasında Şərq İnstitutunun rəhbəri idi. Artaşes Abegyanı ermənilərin antropologiyası və tarixini öyrənmək üçün bir komitə yaratmaq üçün təyin etdi. Artaşes Abegyan və Pol Rohrbach 1934-cü ildə "Aryan erməniləri nasist ziyalıları ilə əməkdaşlıq" adlı bir kitab nəşr etdilər. Bu kitabda ermənilərin və erməni dilinin aryan mənşəli olduğu bildirildi. 1934-cü ildə komitə qurulandan 5 ay sonra Rosenberg Hitlerə ermənilərin aryan irqindən gəldiyini göstərən bir hesabat təqdim etdi. Bu dövrdən müharibənin sonuna qədər Almaniyadakı ermənilər, onların qədim tarixi, irqə mənsubiyyəti və "1915-ci il erməni qırğını" haqqında onlarla kitab nəşr edilmişdir. "Ermənistan-Arilik", "Zeytun", "Ermənilərlə Almanların tarixi dostluğu", "Arilər sizə baxır", "Könüllülərimizin tarixi rolu" bunlardandır.

30 dekabr 1941-ci ildə qaniçən “türk qəssabı” adlı Dronun komandanlığı altında 812-ci erməni legionu (8000 nəfər) və erməni batalyonları quruldu. Bu birlik yavaşca böyüdü və 20 min nəfərlik bir hərbi gücə çatdı və almanlarla birlikdə Krımda, Şimali Qafqazda və Hollandiyada günhasız insanlara qarşı vuruşdu. Bundan əlavə, Fransa və Almaniyada yaşayan ermənilər 58-ci Panzer Korpusuna və 19-cu Orduya, alman ordusunun Wehrmacht'ın Şərq legionuna qatıldılar. Beləliklə, alman ordusundakı erməni əhalisi tədricən 100 minə çatdı. Dro müharibədən sonra müharibə cinayətkarı kimi mühakimə olunmaq qorxusundan ABŞ-a (erməni diasporunun köməyi ilə) qaçdı və burada öldü. Bu qanlı qatil bu gün Ermənistanda milli qəhrəman kimi xatırlanır.

1944-cü ilin fevral ayında Rosenberqin əmri ilə Birləşmiş Erməni Qərargahı yaradıldı. Vartan Sarkisyanın rəhbərlik etdiyi bu qurum “Abwehr” adlı hərbi kəşfiyyat daxilindəki alman silahlı qüvvələri “Wehrmacht” və bütün erməni hərbi və kəşfiyyat qruplarının fəaliyyətlərini əlaqələndirdi. Bundan əlavə, ermənilər Almaniyanın hərbi kəşfiyyatının rəhbəri Admiral Canarisə yaxın işlədilər. Bu məqsədlə İstanbulda qurulan Yaxın Şərq kəşfiyyat şəbəkəsində (Kraiegs təşkilatı Naher Osten) bir agent kimi çalışdılar. Bu dövrdə İngiltərənin Ankaradakı səfiri, London Alman kəşfiyyat fəaliyyətlərinə göndərilən mətndə Türkiyədəki ermənilərin canlı bir xəyanət mənbəyinə çevrildiklərini bildirdi. (Xalq qeydləri idarəsi, Xarici İşlər Sənədi: F.O 371/30031 / R5337)

II Dünya Müharibəsinin başlamasından 4 il əvvəl, 1935-ci il 10 may və 9 avqust 1935-ci ildə ermənilərə məxsus gündəlik “Hayrenik” qəzetində dərc olunan məqalələrdə ermənilərin və yunanların Salonikidə çox sayda yəhudini qətlə yetirməsi və nasist Almaniyasında peyda olması faktları yüksək qiymətləndirilmişdir. 1936-cı il avqustun 19-da ermənilərin buraxdığı “Hayrenik” adlı həftəlik jurnalda "xərçəngin məhvi” ilə yəhudi qətliamı eyni tutulurdu. Eynilə, Adolf Hitleri tərifləyən məqalələr eyni jurnalın 17 sentyabr 1936-cı il tarixli nüsxəsində dərc edilmişdir. Bu müddətdə Almaniyanın Berlin, Münhen şəhərlərində, eləcə də Buxarest, Sofiya  kimi yerlərdə “Tseghagron” təşkilatına aid döyüşçü qruplarının xeyrinə fəaliyyət göstərmək üçün erməni gənclər təşkilatları quruldu. Bu dövrdə Almaniyada ermənilər üçün xüsusi məktəblər quruldu və 3-cü Reyxin himayəsi altında ı təbliğat apardılar və ermənilər arasındakı almanların dəstəyi ilə Ermənistanın türklərdən və ruslardan azad edilməyi fikri aşılanırdı.

1942-ci ildə Almaniya tərəfindən “Gertrud” adlı bir əməliyyat planı hazırlanmışdı. Bu plan yalnız Azərbaycan və Türkiyəyə qarşı deyildi, planda erməni façistlərin əli ilə Gürcüstana da qəsb planları vardı. Qafqaz cəbhəsində Rusiyanın əks-hücumundan və müttəfiqlərin Siciliyaya qoşun toplamasından sonra bu məkrli siyasi terror planı təxirə salındı.

Bundan başqa qeyd edim ki, Mehmet Perinçek erməni nasizm əlaqələörini ifşa edən gözəl bir kitab da yazıb və burada beynəlxalq təşkialtların görmək istəmədiyi önəmli mətləblərə toxunub.

Perinçek "Erməni millətçiliyinin macəraları" adlı kitabında sənədləri ilə erməni faşizminin bütün iyrənc yönlərini nümayiş etdirir. Perinçek kitabının bir hissəsində Hitlerin əmri ilə separatçı daşnak təşkilatı, xüsusən təşkilatın aparıcı simaları haqqında yazıb.

Bu adlardan bəziləri; həbs düşərgələrini gəzib, alman müəssisələrində hərbi əsirlərdən işləyə biləcək insanları seçən Vaçagan Artaşesovic Abegyan, məhbusların sorğu-sual olunmasında, agenti götürməkdə və sovet cəbhəsinin arxasına casuslar göndərməkdə iştirak edən Akop Petroviç Azizyan (Aziryan) kimi canilərdir. Kitabda nasistlərin yanından keçdikdən sonra düşərgədə polis işləmiş Vagan Tatevosoviç Ayrapetyan, həm təhsil almış, həm də 1943-cü ilin martında İşğal edilmiş Şərq bölgələrinin Berlin yaxınlığındakı təbliğat məktəbində dərs demiş, məktəbi bitirdikdən sonra DaŞnaksutyun Partiyasına qoşulmuş və Osmanlı ərazisində fəaliyyət göstərmişdi.

P.S. Erməni faşizminin indi xaricdə etdiyi tərbiyəsizliyin dərin tarixi kökləri artıq dünyaya bəlli olmağa başlayıb.

P.P.S. Ermənistanda artıq niyə etnik azlıqların yaşamadığı dünya mediasında da müzakirə olunur.

Tural İsmayılov,

STM-in baş məsləhətçisi, politoloq