Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyacyoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir.
Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəriqeydiyyat sorğusunu doldurur və valyuta seçir, şirkətə aid məlumatlar isə sistemə avtomatik gəlir. Sonra sənədlərformalaşdırılır və ASAN İmza ilə imzalanır, istəyə görənüsxələr şəxsi e-mail ünvanına göndərilə bilər. Yekundaməsafədən identifikasiya aparılır və uğurlu nəticədənsonra hesab aktivləşir. Bütün bunlar banka getmədən, tam rəqəmsal formada baş verir!
Hesab açılışı üçün ödəniş tutulmur. Qeyd edək ki, yeni müştərilər üçün xidmət iş günləri saat 09:00–17:00 arasıişləyir. Aktivləşən hesab üzrə köçürmələr, əməkhaqqıödənişləri, konvertasiya və digər əməliyyatlar İnternet Bankçılıqda bir neçə kliklə icra olunur.
Yelo İnternet Bankçılıq xidməti: https://ylb.az/ibank.
Onlayn bank hesabi acmaq üçün əlavə dəstək lazımdır? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!