Sentyabrın 7-də “Fairmont Baku” otelində İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasları keçiriləcək.
“İki sahil” xəbər verir ki, açılış mərasimində Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, İCAPP Gənclər Qolunun sədri Seri Shahidan, İCAPP Qadınlar Qolunun həmsədri Sujata Koirala, Milli Məclisin sədr müavini Bahar Muradova, Gənclər və İdman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar çıxış edəcək.
İclaslarda həmçinin, 5-ci İCAPP Gənclər Qolunun və 6-cı İCAPP Qadın Qolunun Yeni Bürosu seçiləcək.
Qeyd edək ki, İCAPP-ın Gənclər Qolunun 5-ci iclası “Gənclərin ictimai və siyasi fəaliyyətlərdə rolu” və Qadınlar Qolunun 6-cı iclası isə “Qadınların səlahiyyətləri” mövzularına həsr olunacaq.