14 yanvar 2020 11:39
991

İdxal niyə artıb?

2019-cu ildə Azərbaycan 195 ölkə ilə 33 milyard 302 milyon  818,24 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 7,7 faiz çoxdur.

Keçən ilin xarici ticarət dövriyyəsinin 19 milyard 635 milyon 580,41 min dolları ixracın, 13 milyard 667 milyon 237,83 min dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 176 milyon 947,49 min dollar və ya  0,9 faiz, idxal isə 2 milyard 202 milyon 267,15 min dollar və ya  19,2 faiz artıb.

İdxalın strukturuna diqqət yetirəndə məlum olur ki, dövlət sektorunun idxalı  1 milyard 497 milyon 296,97 min dollar və ya 56,82 faiz, özəl sektorun  330 milyon 733, 64 min dollar və ya  4,06 faiz, fiziki şəxslərin idxalı isə 374 milyon 237,14 min dollar və ya 54,49 faiz artıb.

Ötən il xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı dövlət sektorunda 254-dən 293-ə yüksəlsə də, bu sektor üzrə idxaldakı artımın əksər hissəsi Dövlət Neft Fondunun qızıl alışlarının payına düşür. Təkcə ötən ilin yanvar-oktyabr aylarında bu istiqamətdə idxalın dəyəri 2,2 milyard dollara yaxın olub.

Eyni zamanda, üçüncü tərəflər üçün malların idxalına nəzarət gücləndirilməsi fiziki şəxslərin idxalının kəskin artmasına şərait yaradıb. Bu amil özünü ötən il xarici iqtisadi fəaliyyət iştirakçısı olan fiziki şəxslərin sayınının 2 dəfədən çox artmasında da göstərib.