05 noyabr 2019 16:05
123

İki Avropa ölkəsi Türkiyənin qarşısında geri çəkildi

Fransa və İtaliya Türkiyə qarşısında geri çəkilib.

Publika.az xəbər verir ki, Türkiyə Şərqi Aralıq dənizində təbii qaz axtarmaq üçün Avropa İttifaqının təhdidlərinə və sanksiya qərarlarına boyun əyməyərək gəmilərini bölgəyə göndərib.

Cənubi Kipr Yunan Muxtariyyətinin elan etdiyi iqtisadi bölgədə pay sahibi olan İtaliyanın ENI və Fransanın “Total” şirkətləri energetika sahəsindəki proqramlarına 7-ci ərazi sahəsindən başlamaq planlarını dəyişdirib.

“Katimerini” qəzetinin xəbərində Şərqi Aralıq dənizində yaşanan gərginliyin və Türkiyənin buradakı fəaliyyətinin bu şirkətlərə təsir göstərdiyi bildirilib. Planın dəyişməsinə Türkiyənin böyük təsiri olduğu qeyd edilib.

Qeyd edək ki, Avropa İttifaqı Türkiyənin Aralıq dənizində enerji axtarışlarından narahatdır. İsrail daxil olmaqla, bəzi ölkələr Cənubi Kipri müdafiə edərək Türkiyəyə qarşı bir cəbhədə birləşmişdi.