05 iyul 2020 11:58
719

İldırım 20-dən çox insanı öldürdü

Hindistanda Uttar Pradeş ştatının ən az 23 sakini şimşək çaxması nəticəsində həlak olub, 29 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "NDTV" telekanalı yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Kanalın verdiyi məlumata görə, Allahabadda 8 nəfər, Mirzapur və Bhadokhi şəhərlərində altı nəfər, Kausambidə daha iki nəfər və Jaunpurda bir nəfər fəlakət qurbanı oldu.

Yerli hakimiyyət orqanları zərərçəkənlərin yaxınlarına kompensasiya ödəyəcəklərini vəd edib.