ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNUR
Xarıbülbülü burda soldura bilmədilər,
Həkəri, Bərgüşadı doldura bilmədilər,
Dağlarından tarixi yoldura bilmədilər,
Xalqın qəlbində olan iman imkan vermədi.
***
Hissə-hissə doğrayıb dağıtmaq istədilər,
Dağıtdıqları yerdə yaşatmaq istədilər,
Qondarma bir rejimi yaratmaq istədilər,
Zamanında verilən fərman imkan vermədi.
***
Göyündən çəkilməsin, vətən, zəfər müjdəsi,
Kim dayandıra bilər sənə bağlı nəfəsi?
Qırx dörd günlük döyüşdə Xudayarların səsi,
Qarabağda çalınan kaman imkan vermədi.
***
Bir şəhid siması var qaranlıq içrə nurda,
Ancaq zəfər yaraşır bu vətənə, bu yurda.
Çox çalışdı namərdlər bu milləti qorxuda,
O, Ali Baş Komandan buna imkan vermədi.
Eyvaz Səmədov
Van Qoqun “Çiçəklənən şabalıd ağacları” tablosu hərracda 190,4 milyon dollara satılıb
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub