Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 sentyabr 2020 18:36
530

İmmun sistemi gücləndirən qidalar

Payızda havaların soyuması ilə üzə çıxan xəstəliklərdən qorunmaq və immunitetimizi  gücləndirmək çox vacibdir. Bəs bunu necə edək? İmmun sisteminizi gücləndirəcək bəzi qidaları sizə təqdim edirik.

Balıq

Balıq ən güclü protein mənbələrindən biridir. Tərkibindəki vitaminlər immunitet sisteminin möhkəm qalmasına kömək edir.Həmçinin omeqa 3 ilə zəngin olduğu üçün ürəyi qoruyur və mənfi təsirli xolesterolu azaltmağa kömək edir.

Portağal

C və A vitaminləri ilə zəngin portağal sağlamlığımıza kömək edən qidalar arasındadır.Allergiya kimi  probleminiz yoxdursa, gündə iki dəfə portağal istehlak edə bilərsiniz. Ancaq portağal suyu əvəzinə portağalın özünü həm lif, həm də şəkər qəbulu baxımından istifadə etmək faydalıdır.

İspanaq

Tərkibindəki C və A vitaminləri sayəsində ispanaq güclü bir antioksidandır. Bu vitaminlər sayəsində ispanaq immun sistemini qoruyan və gücləndirən qidalar sırasındadır. Həftədə iki dəfə ispanaq yemək faydalıdır.

Göbələk

Göbələk immun sistemini gücləndirmə qabiliyyətinə sahib olduğu kimi tox tutma kimi özəlliyə sahib bir qidadır. D vitamini ehtiva edən az sayda sağlam qidalardan biri olan göbələk ,ayrıca c vitamini, biotin, fosfor və mis kimi vitaminlər və mineralları özündə cəmləşdirib.

Samirə İsmayılova, “İki sahil”