07 aprel 2020 14:05
756

İngiltərədə koronavirusa görə ən çox pul itirən klub hansıdır?

"Mançester Yunayted" İngiltərədə koronavirus pandemiyasından ən çox əziyyət çəkən klubdur.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Premyer Liqa dayandırılandan sonra təqribən 131 milyon avro vəsait itirib.

Bura teleyayım hüquqları, bilet satışları və sponsorluq müqavilələrindən əldə olunan gəlirlər daxildir.

Sıralamada ikinci yeri 123 milyon avroluq itki ilə "Mançester Siti" tutur. "Liverpul" (116 milyon avro) 3-cü, "Çelsi" (103 milyon avro) 4-cü, "Tottenhem" (94 milyon avro) 5-ci, "Arsenal" isə (85 milyon avro) 6-cıdır.

Qeyd edək ki, İngiltərədə liqalar martın 13-də dayandırılıb.