28 iyul 2020 14:47
1181

İran ordusu hərbi təlim keçirir

İran İslam Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri iyulun 28-də hərbi təlimlərə başlayıb. Təlimdə ballistik raketlər sınaqdan çıxarılacaq.

Bu barədə məlumatı SEPAH-ın komandan müavini general Abbas Nifurşən məlumat verib. O bildirib ki, təlimlər Fars körfəzi və Hörmüz boğazında keçiriləcək. “Müqəddəs Peyğəmbər” kod adı altında keçirilən təlimlərə hərbi hava qüvvələri ilə yanaşı, pilotsuz uçuş aparatları da qatılacaq. Təlimlərdə İran sahillərinin şərti düşməndən müdafiə olunması taktikası həyata keçiriləcək.

General nəzərə çatdırıb ki, İranın “Nur” adlı süni peyki də bu təlimlərdə iştirak edəcək. Süni peyk dənizin görünməyən hissəsindən məlumatları qərargaha ötürəcək. //AZƏRTAC