Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 13:02
270

İrana qarşı yeni sanksiyalar tətbiq edilib

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların siyahısını genişləndirib.

AZƏRTAC ABŞ Maliyyə nazirliyinin saytına istinadla xəbər verir ki, sanksiyaların siyahısına 2 iranlı iş adamı, 3 həbsxana və 1 hakimin adı əlavə edilib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft bəyan edib ki, rəsmi Vaşinqton heç nəyə baxmayaraq, İrana qarşı sərt sanksiyaları davam etdirəcək. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-nün İrana qarşı sanksiyaların tətbiqinin əleyhinə olsa da, ABŞ buna əhəmiyyət verməyəcək. K. Kraft sanksiyaların bundan sonra da davam edəcəyini bildirib.

Rəsmi Tehran hələlik yeni sanksiyalara münasibət bildirməyib. Lakin İran prezidenti Həsən Ruhani BMT-nin Nyu-Yorkda keçirilən 75-ci sessiyasında çıxış edərək ABŞ-ı beynəlxalq hüquqa zidd addımlar atmaqda ittiham edib.