11 fevral 2020 11:35
1193

İranda İslam inqilabının ildönümü qeyd olunur

Bu gün İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə Tehranda və digər böyük şəhərlərdə yürüş keçirilir.

Tehranda keçirilən yürüşdə dövlət və hökumət nümayəndələri də iştirak edirlər.

Qeyd edək ki, 1979-cu il fevralın 11-də İranda İslam inqilabı baş verib. Şah rejiminin həyata keçirdiyi siyasətə etiraz edən din xadimləri ölkənin müstəqil inkişaf yoluna çıxması üçün mübarizə aparıblar. Mühacirətdə yaşayan inqilabın banisi Ruhullah Xomeyni 1979-cu il fevralın 1-də Parisdən Tehrana qayıtdı və 10 gündən sonra İranda inqilab baş verdi. Rza şah Pəhləvi məcburiyyət qarşısında qalaraq ölkəni tərk etdi.

İnqilabdan sonra formalaşan yeni hökumət Böyük Britaniyanın, ABŞ-ın və digər Qərb ölkələrinin milli siyasətə təsir etmələrinin qarşısını aldı. İri neft şirkətləri milliləşdirildi və İran müstəqil siyasət yürütməyə başladı və elə bundan sonra Qərb ilə İran arasında kəskin ziddiyyətlər meydana gəldi. //AZƏRTAC