13 sentyabr 2019 12:32
828

İspaniyanın ən məşhur nəşri Azərbaycandan yazdı

İspaniyanın dünyaca məşhur “Marca” qəzeti Azərbaycandan yazıb.

Publika.az xəbər verir ki, nəşr Avro-2020 seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə qarşılaşan Xorvatiya millisinin və “Real”ın ulduzu Luka Modriçin klubun azarkeşləri ilə görüşünü işıqlandırıb.

“Qızıl Top”un sahibi “Real” azarkeşləri ilə görüşmək üçün hotel nömrəsindən aşağı düşüb, onlarla foto çəkdirib və söhbət edib. “Penya Madridista Baku” Modriçi klubun fəxri üzvü adlandırıb.

Qeyd edək ki, Modriç həmin gün 34 yaşını qeyd edib.