27 noyabr 2020 10:12
543

İstisudan yeni görüntülər VİDEO

Kəlbəcər rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasının görüntüləri paylaşılıb.

"İki sahil" baku.tv-yə istinadən xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Kəlbəcər İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.

Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib.