21 mart 2020 14:40
1715

İtaliya hökuməti koronovirusun ən çox yayıldığı Lombardiya əyalətində qoşun yerləşdirib

İtaliya hökuməti koronovirusun ən çox yayıldığı Lombardiya əyalətində qoşun yerləşdirib.

AZƏRTAC xəbər verir ki, ilkin olaraq, əraziyə 114 əsgər gətirilib. Lombardiyada virusun yayılma tempi yüksək sürətlə davam edir və martın 20-də ölkə ölüm sayına görə virusun yarandığı Çini ötüb. Hazırda ölənlərin sayı 3405 nəfərdir. Son 24 saatda 427 nəfər dünyasını dəyişib.

Lombardiya vilayətinin başçısı Attilio Fontana keçirdiyi mətbuat konfransında bildirib ki, bu əsgər sayı az olsa da əhalini idarə etmək yolunda atılan vacib addımdır. İnsanlar hələ də lazımsız yerə, sırf darıxdıqları üçün küçələrə çıxmaqda davam edirlər. Yoluxma sayı isə artmaqda davam edir.