15 yanvar 2020 14:42
1141

İtaliya saytı: Azərbaycan 2020-ci ildə yenidən kəşf ediləsi ölkədir

İtaliyanın “Termometro Quoditiano” (Gündəlik termometr) saytı Azərbaycanı 2020-ci ildə yenidən kəşf ediləsi ölkə adlandırıb.

“Lonely planet” turizm jurnalının məqaləsində ölkəmiz 2020-ci ildə mütləq görülməsi lazım olan ölkələr siyahısına daxil edilib. Bunun əsasında yazı dərc edən italyan portalı ölkəmizin bu il bir daha kəşfini məsləhət görüb.

“Azərbaycan-zərdüştlüyün yaşayan mədəni mərkəzi, müasir və qədim arxitekturanın vəhdəti, xarakterik Xəzər dənizi, keçmiş və gələcəyi özündə birləşdirən ölkə - yeni axtarışlar edən və suallara cavab axtaran hər kəsə maraqlı olacaq”,- deyə yazıda bildirilir. //AZƏRTAC