04 dekabr 2020 14:32
332

“Karabakh is Azerbaijan” platforması BMU-ya təşəkkür edib

“Karabakh is Azerbaijan” platforması Bakı Mühəndislik Universitetinə (BMU) təşəkkür məktubu ünvanlayıb.

Universitetdən "İki sahil"ə verilən məlumata görə, təşəkkür məktubunda BMU-nun platformaya verdiyi dəstək vurğulanıb: “2020-ci ilin iyun ayında onlayn və sosial media platformaları üzərindən təsis edilmiş platformamız bütün fərqlilikləri kənara qoyaraq bir məqsəd altında birləşmişdir. Bu məqsəd Azərbaycan və Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır. İstər İkinci Qarabağ savaşı zamanı informasiya müharibəsində uğurlu iştirakımız, istərsə də bundan sonra məqsədimiz uğrunda fəaliyyətimizdə əldə edəcəyimiz nəaliyyətlər bizim komandanın olduğu qədər, həm də sizin verdiyiniz dəyər və yardımların nəticəsidir.  Bakı Mühəndislik Universitetində könüllü komandamız üçün yaratdığınız şərait, verdiyiniz dəstək, internetə çıxışla, texniki avadanlıqlarla təchiz etməniz, həm maddi, həm də mənəvi yanımızda olmanız sayəsində informasiya müharibəsində uğurlu işlərə imza atmışıq”.

Məktubun sonunda “Karabakh is Azerbaijan” platforması başda professor Havar Məmmədov olmaqla, bütün universitet heyətinə səmimi qəlbdən təşəkkürünü ifadə edib (https://m.facebook.com/story.php?story_fbid=4678912538850854&id=387990697943081).

Qeyd edək ki, bir qrup gənc tələbə tərəfindən yaradılan platforma Ermənistanla informasiya müharibəsində uğurla iştirak edərək, dünyanı Qarabağ və Azərbaycan həqiqətləri barədə düzgün məlumatlandırmaq istiqamətində səmərəli fəaliyyət ortaya qoyub.  Platforma qısa müddətdə populyarlıq qazanaraq müvəffəqiyyət qazana bilib.