16 noyabr 2026 22:00
91

Kənan Nəsibovdan Dünya Cüdo Turunda növbəti qızıl medal gəldi

 

Azərbaycan cüdoçusu Kənan Nəsibov karyerasının üçüncü qızıl medalını qazanıb.

İdmançımız Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 2026-cı il Qran-Prisinin qalibi olub. Beləliklə, Xorvatiya Kənan Nəsibova yenidən düşərli gəlib.

Qeyd edək ki, cüdoçumuz bundan əvvəl də Dünya Cüdo Turu çərçivəsində iki dəfə qızıl medal əldə edib. Onun uğurları aşağıdakılardır:

  • Zaqreb Qran-Prisi – 2025-ci il 

  • Daşkənd Böyük Dəbilqəsi – 2026-cı il 

  • Zaqreb Qran-Prisi – 2026-cı il 

Beləliklə, Kənan Nəsibov Dünya Cüdo Turunda karyerasının üçüncü qızıl medalına sahib çıxıb.