01 oktyabr 2020 20:08
975

Kökəlmək istəmirsinizsə, sağlam qidalanın

Qış aylarının gəlişi ilə fiziki fəaliyyətimiz azalır və bədənimiz yağ və çəki artımına meyilli bir dövrə qədəm qoyur. Beləliklə, bir çox insan vücudunun müəyyən nahiyələrində yağ əmələ gəlməsinin qarşısını almaq və artıq çəkidən xilas olmaq üçün yollar axtarır. Qarnınızdakı yağla vidalaşmaq və sağlam bir bədən formasına sahib olmaq istəyirsinizsə mütləq yeməyinizə diqqət yetirməlisiniz. Bunun üçün qida rasionunuza daxil edəcəyiniz qidaları sizlər üçün hazırladıq.

Yumurta

İstehlak edə biləcəyiniz ən keyfiyyətli protein qaynaqlarından biri olan yumurta qarın bölgəsindəki yağlardan qurtulmaq istəyənlər üçün idealdır. Uzun müddət qalıcı və yüksək protein tərkibli olması ilə idmançılar tərəfindən tez-tez üstünlük verilən yumurta yağ yandırmağı sürətləndirməklə yanaşı, maddələr mübadiləsini də aktivləşdirir. Əlbəttə, yumurtanı necə istehlak etməyiniz də çox vacibdir. Mütəxəssislər yumurtanın qaynadılmış formada istehlak etməyin daha düzgün olduğunu desələr də, həftədə bir dəfə yağda bişmiş halda da yeməyin ziyanı yoxdur.

Çərəzlər

Əzələ böyüməsini dəstəkləyən və uzun saatlar ərzində toxluq hissi yaradan qoz-fındıq kimi çərəzlər piylənmə, ürək xəstəliyi, əzələ itkisi və qan təzyiqi kimi xəstəliklərlə də mübarizə aparır. Hər gün bir ovuc badam yeyərək qarın bölgənizdə yağları yandırmaq mümkündür. Əlbəttə ki, müntəzəm bir məşq və balanslı bir pəhriz də vacibdir.

Qatıq

Qatığın zəngin bir protein və kalsium qaynağı olduğunu bilməyən yəqin ki, yoxdur.Eyni zamanda, həzm problemləri ilə mübarizə aparan bu möcüzəvi qida, müntəzəm olaraq istehlak edildiyi təqdirdə siz uzun saat toxluq hissi verməklə artıq kalori almağınıza mane ola bilər. Tədqiqatlar müntəzəm qatıq yeməklə bel nahiyəsini incəldə biləcəyinizi sübut etmişdir. Bir sözlə, düz bir qarına sahib olmağın yolu hər gün bir qab qatıq yeməkdən keçir, deyə bilərik.

Avokado

Bir çox meyvə karbohidratla zəngin olsa da, avokado sağlam bir yağ deposudur. Avokadoda mövcud olan sağlam yağ, zeytun yağına bərabər olmaqla yanaşı, oleik turşusu da ehtiva edir. Bu şəkildə bədənin yağ yandırmasına dəstək olur və maddələr mübadiləsini sürətləndirir. Yəni, birbaşa qarın bölgənizdəki yağları hədəf alır. Bir sözlə , səhər yeməyinizə yarım avokado əlavə etməyi unutmayın.

Yulaf

Sizi saatlarla tox tuta bilən başqa bir möcüzəvi qida yulafdır. Az kalorili və zəngin tərkibinə görə idmançılar tərəfindən tez-tez üstünlük verilən yulaf qarın bölgənizdəki yağla mübarizə üçün idealdır. Bir neçə qaşıq yulafı  səhər yeməyinizə əlavə edə bilər, aclıq böhranlarınızın qarşısını ala və əlavə yağlarsız bir bədənə sahib olmağın dadını çıxara bilərsiniz. Yulafın ləzzətini bəyənmirsinizsə, smuzilərinizə qarışdırıb istehlak edə bilərsiniz.

Samirə İsmayılova, “İki sahil”