Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı azalıb. Belə ki, hazırda həmin şöbədə müalicə alan xəstələrin sayı 313 nəfərdir. İyulun 24-də isə bu say 335 nəfər idi.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Həmçinin bildirilib ki, xəstələrdən 76 nəfəri süni tənəffüs cihazına qoşulub. Ötən gün isə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 69-a bərabər idi.
Qeyd edək ki, hazırda ölkəmizdə 7143 aktiv koronavirus xəstəsi var.