14 iyun 2019 10:31
1772

Kremlər bizi günəşdən qoruyurmu?

Qızmar yay aylarında günəş kremi istifadə etməyin çox vacib olduğunu artıq hamımız bilirik. Ancaq bu mövzuda insanları maraqlandıran bir çox suallar var. Hansı qoruyucu kremdən nə vaxt və nə qədər istifadə etmək olar və s.

Günəşin faydaları saymaqla bitmir, ancaq günəş yanıqları dəri xərçənginin yaranması, işıq səbəbi ilə yaranan allergik xəstəliklər və dərinin vaxtından öncə qocalması riskini də unutmamaq lazımdır. Müdafiəsiz günəşə məruzqalma, dəri xərçəngi üçün qarşısı alınan risk faktorlarından biridir.  Xüsusilə, uşaqlıq və yeniyetməlik dövrlərində yaranan günəş yanıqları gələcəkdə meydana gələ biləcək dəri xərçəngi baxımından çox risklidir. Bundan əlavə, günəş işığının nəzarətsiz və şüursuz təsirləri zamansız dəri qocalmasına, ləkələrə və allergiyaya səbəb ola bilər. Buna görə də günəşdən qorunma vərdişlərinə yiyələnmək vacibdir.

Günəş kremindən kimlər istifadə etməlidir?

Hər kəs günəşdən qorunmalıdır. Günəş kremi dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyaraq dəri xərçənginə yoluxmanın qarşısını alır.

Hansı günəş qoruyucusundan istifadə edilməlidir?

* UVA və UVB şüalarına qarşı geniş spektrli qoruma olmalıdır.

* Suya davamlı olmalıdır.

* Krem 30 dəqiqə əvvəl quru dəriyə çəkilməlidir.

* Çöldə olduqda, hər iki saatdan bir tətbiq edin, üzdükdən və ya tərləmədən dərhal sonra yenidən istifadə edin. Günəşdən qoruyucu kremin faktoru 30 və ya daha yüksək olmalıdır.

Günəşdən qoruyucunu nə vaxt istifadə etmək olar?

Evdən çölə çıxdığımız hər gün istifadə etməliyik. Günəş il ərzində zərərli UV şüaları yayır. Buludlu günlərdə belə günəşin zərərli UV şüalarının 80 faizə qədəri dərinizə nüfuz edə bilər. Qar, qum və su günəş işığı ehtiyacını artırır, çünki günəş işığını əks etdirir.

İstifadə etdiyiniz günəş kremi növü şəxsi seçiminizdir və qorunmaq üçün bədən sahəsi və dəri problemlərinə (dəri tipi, problemlər və s.) görə dəyişə bilər. Mövcud günəş kremi variantları losionlar, kremlər, gel, məlhəm və spreylərdir.

Həssas dəri və körpələr üçün də xüsusi günəşdən qoruyucu məhsullar var. Bəzi günəşdən qoruyucu məhsullar nəmləndiricilər və kosmetika ilə birlikdə istifadə edilə bilər.

Günəşdən qoruyan vasitələr D vitamini qəbuluna mane olurmu?

Günəş kremi istifadə edərək dərinin vitamin D istehsalını azalda bilərsiniz. Əgər kifayət qədər D vitamini almadığınızı düşünürsünüzsə, variantlar haqqında həkiminizlə məsləhətləşə bilərsiniz. Bir çox insanlar qidalardan və ya vitamin əlavələri vasitəsilə ehtiyacı olan D vitamini ala bilirlər. Bu yanaşma, dəri xərçəngi riskini artırmadan sizi lazım olan D vitamini ilə təmin edir.

Bunları unutmayın!

Ayaqlarınızın üstü, boyun, qulaqlarınız və başınızın üstünə tətbiq etməyi unutmayın.

Dəri xərçəngi dodaqlarda da meydana gələ bilər. Dodaqlarınızı qorumaq üçün 30 və ya daha yüksək SPF-li dodaq balzamı və ya pomada tətbiq edin.

Röya Rasimqızı, “İki sahil”