Bu həftədən başlayaraq bazar günü səhər saatlarınadək narıncı zona adlandırılan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir. “İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, yoluxma intensivliyinin yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki günü, bəlkə də üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq.
Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ beynəlxalq gündəmdə
Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb
Asip Kaya: Türkiyə-Azərbaycan qardaşlığı bu gün bütün dünyaya gözəl bir nümunədir
Mirça Abrudean: Azərbaycan Rumıniyanın strateji tərəfdaşı və etibarlı dostudur