12 may 2019 14:33
3253

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə dünən axşam saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 57-ci kilometrində, Kürdəmir rayonun Mollakənd kəndindən keçən hissəsində olub. Kürdəmir rayon sakini, 1981 -ci il təvəllüdlü Ceyfun Davud oğlu Ağayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Emin Aldos oğlu Ağayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü Emin Ağayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.