18 oktyabr 2019 10:58
304

“Kuruluş Osman” serialı başlamadan REKORD QIRDI - VİDEO

“Kuruluş Osman”un ilk fraqmanı yayımlandıqdan sonra serial satış rekorduna imza atıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolda Burak Özçivitin rol aldığı layihə ekranlara daxil olmasa da, artıq müxtəlif dillərə tərcümə olunaraq bir çox ölkələrə satılıb.

5 gün ərzində serialın fraqmanı sosial şəbəkələrdə 20 milyondan çox izlənib. Tizer başda ingilis, ispan, ərəb, rus və urdu dili olmaq üzrə bir çox dilə çevrilərək virtual aləmdə paylaşılıb.