 
                    Lerik və Hacıqabul rayonunda yaşayış evlərində yanğın hadisəsi baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Lerik rayonunun Əvilə kəndində ümumi sahəsi 80 kvadratmetr olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan evə bitişik, ümumi sahəsi 28 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət talvar deformasiyaya uğrayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hacıqabul rayonunda da ümumi sahəsi 150 kvadratmetr olan taxta konstruksiyalardan ibarət 2 mərtəbəli 8 otaqlı evin 2 otağı və içərisindəki ev əşyaları 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib
                                
                                    
                                    
                                
                                
                                
                                    Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib