12 iyul 2019 16:14
1234

Litvada çörəyin qiyməti qalxa bilər

Litvadakı quraqlıq çörək və un məmulatlarının qiymətinin artması ilə nəticələnə bilər.

AZƏRTAC xəbər verir ki, bununla bağlı çörək istehsalçıları artıq həyəcan təbili çalmağa başlayıb. Quraqlıq nəticəsində ölkənin üçdə ikisində taxıl bitkiləri yanaraq məhv olur. Un istehlakçıları qonşu Latviyadan, Ukraynadan və Rusiyadan məhsul almaq məcburiyyətində qalacaqlar və bu da yerli məhsula nisbətdə baha olacaq.

Litvanın kənd təsərrüfatı naziri Gedryus Surpis isə vəziyyətə daha müsbət yanaşaraq bildirib ki, taxıl istehsalında azalma olsa da, bu, qiymətlərin qalxmasına təsir etməyəcək.

İlkin hesablamalara görə, yaz taxıl bitkilərinin məhsuldarlığı 40 faiz azalıb.