Macarıstanın mərkəzində aşkar edilmiş qaz yataqlarından tezliklə mavi yanacaq hasilatına başlanacaq.
AZƏRTAC xəbər verir ki, kəşfiyyat qazması müsbət nəticə verib.
Gözlənildiyinə görə, gündəlik qaz hasilatını bir neçə min kubmetrə çatdırmaq mümkün olacaq.
Solnok və Alçisiqet yataqlarında 3D-seysmik tədqiqatlar bir neçə il əvvəl başlayıb. Məqsəd dərinlikdə yerləşdiyi ehtimal olunan neft və qaz yataqlarını üzə çıxarmaq olub. Bəzi hallarda kəşfiyyat işləri səmərəli olub və bu da mütəxəssisləri kəşfiyyatı davam etdirməyə ruhlandırıb.
Avropa üçün strateji əhəmiyyətimiz artır: AZƏRBAYCAN QAZI AVSTRİYA VƏ ALMANİYADA
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təqsdiqlənib