"Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət funksiyalarının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi prosesi tam başa çatdırılıb. Mərkəzi Bankın nəzarət funksiyaları tam qurulub".
Bunu AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşü zamanı deyib.
"Birləşməni tam şəkildə başa çatdırmışıq. Kollektivin 70-75 faizi işlə təmin olunub. Sadəcə təkrarlanan funksiyaları reallaşdıranlar AMB-də işlə təmin edilməyib. Onların əmək fəaliyyətinə kömək edib, kompensasiyalar verdik. Proses tam başa çatdırılıb. AMB-nin nəzarət funksiyaları tam qurulub", - deyə E. Rüstəmov bildirib.
Qeyd edək ki, Prezidentin 28 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilərək Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib. //APA
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb