Vaxt vardı müəyyən səbəblərə görə özümü yorğun hiss edirdim. Xüsusilə 2013-14-cü il ərəfəsi vergi xidməti ilə problemlərim vardı. Bu, həm mənim, həm də ailəm üçün ağır mərhələ idi.
"İki sahil" Qol.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın hücumçusu Lionel Messi "El Mon a RAC1"ə müsahibəsində deyib.
"İnsanlar o vaxt nələr baş verdiyini bilmirdilər. Bu, mənim həyatımda ilk belə hadisə idi deyə, ağır keçirdim. Bundan başqa, o vaxt heç nəyi anlayamayan körpə uşağım vardı. Sadə zamanlar deyildi. O zaman "Barselona"dan getmək barədə düşünürdüm. Amma klubuma görə yox, baş verənlər səbəbindən. Düşünürdüm ki, mənimlə pis davranırlar".
"Mançester Yunayted"in futbolçusu uzunmüddətli zədədən sonra məşqlərə başlayıb
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək