09 fevral 2020 19:45
751

Milli Məclisə seçkilərdə səsvermə başa çatıb

Fevralın 9-da saat 19.00-da Milli Məclisə seçkilərdə səsvermə başa çatıb. Seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

Qeyd edək ki, seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparıb.