24 iyul 2020 20:02
1320

Moskvada ermənilərlə azərbaycanlıların davası ilə bağlı cinayət işi açılıb

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində Azərbaycan və Ermənistan vətəndaşları arasında davadan sonra cinayət işi açılıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsinin Mətbuat Xidmətinə istinadən xəbər verib. Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə başladılıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hazırda 25 nəfər saxlanılıb.