Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bir nəfərin deputatlığa namizədliyi qeydə alınıb. "İki sahil" Secki-2020.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirib ki, 35 saylı Xətai III seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib.
MSK katibinin sözlərinə görə, R.Abbasov müraciətində qeyd edib ki, dairə seçki komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: “Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Məlum olub ki, qərarda namizədliyin qeydə alınmasından imtina edilməsinin səbəbləri göstərilməyib”.
Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı DSK-nın qərarını ləğv edib.
Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib